"Neftçi" Topaz Premyer Liqasının XI turunda qarşılaşacağı "Zirə" ilə oyunun hazırlığını başa vurub. Matç.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə oyunöncəsi son məşqə çıxıb.

Məşqdə zədəli Ruslan Abışov və Məhəmməd Mirzəbəyovdan başqa bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, "Bakcell Arena"da baş tutacaq "Neftçi" – "Zirə" matçı sabah saat 19:30-da start götürəcək. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN olan oyun biletlərini "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest