Türkiyənin "Qaziantep" klubu baş məşqçisi Marius Şumudiça ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Şumudiça ilə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
2019-cu ilin iyunundan "Qaziantep"i çalışdıran Şumudiçanın əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.
"Qaziantep" Super Liqada 9 turdan sonra 12 xalla 10-cu sırada yer alıb.