"Arsenal"ın yarımmüdafiəçisi Məsut özil komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin sabiq üzvü qış fasiləsində "topçular"la vidalaşmaq niyyətindədi.

31 yaşlı oyunçu karyerasını ABŞ-da davam etdirə bilər. çünki "İnter Mayami" onun xidmətində maraqlıdı. Onu "Di Si Yunayted" də heyətinə qatmaq niyyətindədi. Lakin özilin Devid Bekhemə məxsus "İnter Mayami"yə keçmək şansı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Məsut özil bu mövsüm Premyer Liqada cəmi 1 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest