Sabah Topaz Premyer Liqasında XI tura start veriləcək. Matç.az saytı xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsindəki son turun matçları iki günü əhatə edəcək.

İlk qarşılaşma "Əlincə Arena"da baş tutacaq. 3-cü yer uğrunda mübarizə aparan "Sabah"la "Səbail" üz-üzə gələcək. Son 4 turda xal qazanan sonuncular səfərdə də uğur qazanmağa köklənib. Meydan sahibləri isə rəqibini keçmək üçün mütləq qalib gəlməlidi.

İlk oyun günü liderlə autsayder arasında matçla yekunlaşacaq. "Neftçi" izləyiciləri ilə xal fərqinin azamaması üçün ev oyununda "Zirə"ni məğlub etməlidi. Röberto Bordinin baş məşqçi gəlməsindən sonra öz meydanında qələbələri sıralayan "ağ-qaralar" qəsəbə təmsilçisi ilə görüşlərdəki uğursuzluğa son qoymalıdı. Belə ki, "Neftçi" öz meydanında bu rəqibə qalib gəlməyib. Samir Abasovun yetirmələri isə son pillədən qurtulmaq üçün lideri büdrətməlidi.

İkinci oyun günü mərkəzi qarşılaşma ilə başlayacaq. ötən mövsümün iki ən yaxşısı – "Qarabağ"la "Qəbələ" sonuncuların meydanında üz-üzə gələcək. Mövsümün ilk dövrəsini uğursuz keçirən Sənan Qurbanovun yetirmələri son matçlarda məhsuldarlığı və uduzmaması ilə diqqət çəkir. Qurban Qurbanovun yetirmələri isə liderlə xal fərqini əritmək üçün qalib gəlməlidi. Lakin Avropa Liqasının "Vorskla" oyunundan qayıdarkən problemlə üzləşib, vətənə gec dönən çempionun görüşünün təxirə salınması istisna deyil.

Tura "Sumqayıt"la "Keşlə" arasında duellə yekun vurulacaq. Turnir cədvəlindəki qonşular xal aktivini zənginləşdirmək üçün meydana çıxacaq. Nazim Süleymanovun yetirmələri uğursuzluq zolağından çıxmaq, xal itrəcəyi halda "Qəbələ"ni də keçməyə iddialıdı. Tərlan Əhmədovun komandası isə rəqibi ilə fərqi azaltmaq, autsayderdən uzaqlaşmaq üçün qələbə qazanmalıdı.

Qeyd edək ki, növbəti turun oyunları noyabrın 24-25-də keçiriləcək.

Topaz Premyer Liqası
XI tur
10 noyabr (şənbə)

17:30. "Sabah" - "Səbail"

Əlincə Arena. Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə

19:30. "Neftçi" - "Zirə" 
Bakcell Arena. Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov

11 noyabr (bazar)

17:30. "Qəbələ" – "Qarabağ"
Qəbələ şəhər stadionu. Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov

19:30. "Sumqayıt" - "Keşlə" 
Bayıl Arena. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

1

Neftçi

10

8

1

1

20-7

25

2

Qarabağ

10

6

2

2

17-11

20

3

Səbail

10

5

2

3

12-11

17

4

Sabah

10

5

1

4

9-11

16

5

Qəbələ

10

3

3

4

14-14

12

6

Sumqayıt

10

3

2

5

10-13

11

7

Keşlə

10

1

3

6

8-14

6

8

Zirə

10

1

2

7

7-16

5

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest