Futbol üzrə İspaniya La Liqasında 10-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun gününə beş qarşılaşma təsadüf edib. 

"Selta" evdə "Real Sosyedad"a, "Levante" "Espanyol"a məğlub olub.

"Qranada" "Betis"i, "Osasuna" da "Valensiya"nı məğlub yola salıb.

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sevilya" isə "Xetafe"ni sınağa çəkib və inamlı qələbəyə sevinib.

Bu tur keçirilməli olan "Barselona" – "Real" oyunu Kataloniyadakı iğtişaşlar səbəbindən təxirə salınıb. Görüşün dekabrın 18-də keçiriləcəyi gözlənilir. Məhz bu üzdən baş tutan oyunlar nəticəsində "Qranada" hazırda La Liqanın vahid liderinə çevrilib.

İspaniya La Liqası
10-cu tur

25 oktyabr

Vilyarreal – Alaves 4:1
Qol: Ekambi, 13; 66. Moreno, 84. Ontiveros, 90+1 – L.Peres, 50.

26 oktyabr

Leqanes – Malyorka 1:0
Qol: Breytveyt, 31.

Valyadolid – Eybar 2:0
Qol: Qvardiola, 10. Salisu, 39.

Atletiko – Atletik 2:0
Qol: Saul, 28. Morata, 64.

27 oktyabr

Selta – Real Sosyedad 0:1
Qol: İsak, 82.

Qranada – Betis 1:0
Qol: Vadillo, 61.

Levante – Espanyol 0:1
Qol: Bernardo, 38.

Sevilya – Xetafe 2:0
Qol: çiçarito, 69. Okampos, 78.

Osasuna – Valensiya 3:1
Qol: Oyer, 34. R.Qarsiya, 48. Estupinan, 80 – Rodriqo, 14.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest