Futbol üzrə İtaliya A Seriyasında 9-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. 

SPAL – "Napoli" və "Torino" – "Kalyari" matçlarında qalib müəyyənləşməyib.

"Bolonya" "Sampdoriya"nı, "Atalanta" isə "Udineze"ni məğlub yola salıb. "Fiorentina" evdə "Latsio"ya uduzub.

Turun mərkəzi oyunu paytaxt Romada keçirilib. Şəhərin eyni adlı komandası doğma azarkeşləri önündə "Milan"ı qəbul edib. üç qolun qeydə alındığı matç "canavarlar"ın qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası
9-cu tur

25 oktyabr

Verona – Sassuolo 0:1
Qol: Dyuriçiç, 50.

26 oktyabr

Leççe – Yuventus 1:1
Qol: Mankosu, 56-pen – Dibala, 50-pen.

İnter – Parma 2:2
Qol: Kandreva, 23. Lukaku, 51 – Karamo, 26. Jervinyo, 30.

Breşiya – Cenoa 3:1
Qol: Aqudelo, 66. Kouame, 75. Pandev, 79 – Tonali, 34.

27 oktyabr

Bolonya – Sampdoriya 2:1
Qol: Palasio, 48. Bani, 78 – Qabbyadini, 64.

Atalanta – Udineze 7:1
Qol: İliçiç, 21; 43. Muriel, 35; 48; 75-pen. Paşaliç, 52. Traore, 83 – Okaka, 12.

SPAL – Napoli 1:1
Qol: Kurtiç, 16 – Milik, 9.

Torino – Kalyari 1:1
Qol: Zaza, 69 – Nandez, 40.

Roma – Milan 2:1
Qol: Dzeko, 38. Zaniolo, 59 – T.Hernandes, 55.

Fiorentina – Latsio 1:2
Qol: Kyeza, 28 – Korrea, 22. İmmobile, 89.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest