Futbol üzrə Litva 1-ci liqasında 30-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi "Jonava" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Nevejis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 10 qol vuran futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Jonava" hazırda 40 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest