Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 20-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Kursk"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
 
Kamran bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə iştirak ərizəsinə daxil edilməyib.
 
"Ximki" 20 turdan sonra 43 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest