Futbol üzrə İngiltərə Premyer Liqasında 10-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. 

"Nyukasl" – "Vulverhempton" matçında qalib müəyyənləşməyib. "Arsenal" da evdə "Kristal Pelas"la məhsuldar heç-heçəyə razılaşıb. "Mançester Yunayted" isə səfərdə "Norviç"lə üz-üzə gəlib və inamlı qələbəyə sevinib. 

Turun mərkəzi görüşü Mersisaydda keçirilib. Lider "Liverpul" çətin günlərini yaşayan "Tottenhem"i sınağa çəkib. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası
10-cu tur

25 oktyabr

Sauthempton – Lester 0:9
Qol: çiluell, 10. Tilemans, 17. Peres, 19; 39; 57. Vardi, 45; 58; 90+3-pen. Meddison, 85.

26 oktyabr

Mançester Siti – Aston Villa 3:0
Qol: Sterlinq, 46. D.Silva, 65. İ.Gündoğan, 70.

Brayton – Everton 3:2
Qol: Qross, 15. Maupay, 80. Din, 90+4-öz qapısına – Vebster, 20-öz qapısına. Levin, 74.

Uotford – Bornmut 0:0

Vest Hem – Şeffild Yunayted 1:1
Qol: Snodqrass, 44 – Mousset, 69.

Bernli – çelsi 2:4
Qol: X.Rodriqes, 86. Maknil, 89 – Pulişiç, 21; 45; 56. Villian, 58.

27 oktyabr

Nyukasl – Vulverhempton 1:1
Qol: Laskelles, 37 – Conni, 73.

Arsenal – Kristal Pelas 2:2
Qol: Sokratis, 7. D.Luis, 9 – Milivoyeviç, 32-pen. Ayyu, 52.

Liverpul – Tottenhem 2:1
Qol: C.Henderson, 52. Salah, 75-pen – H.Keyn, 1.

Norviç – Mançester Yunayted 1:3
Qol: O.Hernandes, 88 – Maktominay, 21. Reşford, 30. Marsyal, 73.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest