Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə digər paytaxt təmsilçisi çSKA ilə qarşılaşıb. Futbolçumuzun komandası Moskva derbisindən qələbə ilə ayrılıb - 1:0.
 
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sonadək ehtiyatda qalıb.
 
"Dinamo" 14 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest