"çelsi" İngiltərə Premyer Liqasının 9-cu turunda "Bernli"ni məğlub edib – 4:2. Matc.az xəbər verir ki, bu qarşılaşma "zadəganlar"ın futbolçusu Kristian Pulişiç üçün əlamətdar olub. 
 
Belə ki, 3 qol vuran ABŞ-lı oyunçu, "çelsi"nin heyətində Premyer Liqada het-trik edən ən gənc futbolçu olub. Pulişiç bunu 21 yaş 38 günlüyündə bacarıb.
 
Bundan əvvəlki rekord Temmi Abrahama aid idi. İngilis hücumçu Premyer Liqanın 5-ci turunun "Vulverhempton"la oyununda het-trik etmişdi. Abraham bunu edəndə 21 yaş 347 günlük idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest