Futbol üzrə İsveç çempionatında 29-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar" da növbəti matçına çıxıb. 
 
Sözügedən kollektiv doğma meydanda "Falkenberq"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
 
Emin də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.
 
"Kalmar" hazırda 23 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest