"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandanın qol "silah"ları Lionel Messi və Luis Suaresin milliyə qoşulmasını istəmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu arzusunu oyunçuların özlərinə də çatdırıb.

O, Kataloniya klubunun dekabra qədərki gərgin qrafiki səbəbindən onların yığmaların heyətinə yollanmamasını və istirahət etməsini istəyir. Valverde adıçəkilən futbolçuların həmin dönəmdə tam sağlam və fiziki cəhətdən hazır olmasına çalışır.

Qeyd edək ki, Argentina yığması noyabrda Braziliya (15 noyabr) və Paraqvayla (18 noyabr), Uruqvay millisi isə Macarıstanla (15 noyabr) yoldaşlıq görüşü keçirəcək. Messiyə verilən cəza müddəti noyabrın 3-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest