"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferində israrını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu bununla bağlı artıq ilk addımını atıb.

Belə ki, "Barsa" Argentina millisinin üzvünün özü və yaxınları ilə təmasa keçib. Gənc forvardın çıxışını bir neçə dəfə izləyən ispanlar onu Luis Suaresin ən layiqli əvəzləyicisi gözündə görür. La Liqa təmsilçisi hətta transferin reallaşması üçün astronomik məbləğ ayırmağa da hazırdı.

Qeyd edək ki, Lautaro Martines "İnter"ə ötən il "Rasinq"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest