"Bu, bizim işimizdi, hədəfimizdi. Daim çalışıb uğurlu olmalıyıq. Qarşıda xeyli oyun var. Biz maksimum xallar toplamaq məcburiyyətindəyik. Əgər istədiklərimizi reallaşdıra bilsək, qarşıdakı oyunlarda qələbələr qazansaq, niyə də çempion olmayaq? Bunun üçün gücümüz, hər şeyimiz mövcuddu"

"Neftçi"nin haitili legioneri Donald Geryenin müsahibəsi

- "Zirə" üzərində böyük hesablı qələbə qazanacağınızı gözləyirdin?
- Qalib gəldik və bu, sevindiricidi. çətin oyun oldu, gərgin matç keçdi. Lakin "Neftçi" qələbəni layiqli şəkildə əldə etdi. Düşünürəm ki, uğursuz başlanğıcdan sonra bu güclü geridönüş bizə lazımdı. Komandamıza daha çox kömək edəcək. Daha yaxşı oyunlarımız olacaq.

- Komandanızın ilk pillə üçün sona qədər döyüşə biləcəyinə inanırsan?
- Əlbəttə ki, inanıram. Bu, bizim işimizdi, hədəfimizdi. Daim çalışıb uğurlu olmalıyıq. Qarşıda xeyli oyun var. Biz maksimum xallar toplamaq məcburiyyətindəyik. Əgər istədiklərimizi reallaşdıra bilsək, qarşıdakı oyunlarda qələbələr qazansaq, niyə də çempion olmayaq? Bunun üçün gücümüz, hər şeyimiz mövcuddu.

- "Qəbələ"nin "Qarabağ"dan xal almasına sevindin?
- Futbolda bütün nəticələr gözləniləndi. Sevindim deməzdim, amma təbii ki, rəqibin xal itirməsi bizim lehimizə olan amildi. Ona görə də bizim üçün yaxşı hal oldu. Liderlə aramızdakı xal fərqinin azalması sevindirici məqamdı.  Düşünürəm ki, bu gün "Neftçi" də xal itirsə, "Qarabağ" bundan məmnun qalacaq. çünki bir-birimizə bağlı yox, rəqabət aparan komandalarıq. Eyni ilə biz də bunu sevinclə qarşıladıq.

- Hər kəs düşünür ki, "Qarabağ"ın heyəti güclüdü, uzun müddətdi birlikdə çıxış edən komandadır və çempion olmağa 1 nömrəli namizəddi...
- Hamı öz istədiyini düşünə bilər. Buna kimsə qarışmaz. "Qarabağ" çox yaxşı komandadı, yaxşı heyətə malikdi. Lakin onlar da bizim rəqiblərimizdən biridi. "Neftçi"nin iddiası var və çempionluq üçün əlimizdən gələni edirik. Məşqlərdə də, oyunlarda da çalışırıq. Sonda nə baş verəcəyini görəcəyik. çempionat 2-3 oyundan ibarət turnir deyil. Uzun bir marafondur və ilk oyunlardan sonra hər şeyə rahat qiymət vermək olmaz.  Gələcəkdə nələr baş verəcəyinə birlikdə şahidlik edəcəyik.  "Qarabağ" bu gün liderdirsə, "Neftçi" çempionluqdan əlini üzməyib.

- çempionatda hansı komandalar sizə çətinlik yarada bilər?
- "Keşlə" yaxşı komandadı. Lakin "Qarabağ" və "Neftçi" ən iddialı olanlardı. çalışıb aradakı xal fərqini aradan qaldıracağıq və çempionluq mübarizəsində olduğumuzu göstərəcəyik. Lakin ümumi götürsək, bütün komandalar rəqabət göstərir.  "Zirə" son matçda yaxşı çıxış etdi.  Bilirəm ki, insanlar mənim Soni Nordeyə yazdığım sözlərə görə narazılıq ediblər. Lakin mən ona deməmişdim ki, "Zirə" pis komandadı. Sadəcə, ən yaxşı komandaların "Qarabağ" və "Neftçi" olduğunu bildirmişdim. Əgər Azərbaycan liqasını pisləsəm, necə olur ki, özüm burda oynayıram? İki il "Qarabağ"da çıxış etmişəm. ümumiyyətlə, burada çox sayda insanla münasibətim var.

- Növbəti matçınız "Sumqayıt"a qarşı olacaq...
- Bizim üçün çətin qarşılaşmadı. Səfərdə "Sumqayıt"la üz-üzə gələcəyik.  Rəqib yaxşı komandadı və biz bu vacib oyundan 3 xalla ayrılmalıyıq. ümid edirəm ki, son oyundakından daha yaxşı çıxış edəcəyik və bizim üçün sevincli qarşılaşma olacaq. Onlar "Səbail"lə matçda qalib gəldilər. Lakin bunun bizimlə oyuna heç bir təsiri olmayacaq. Hər iki komanda son qarşılaşmasında qalib gəlib və əhval-ruhiyyə yaxşıdı. Kim daha çox motivasiya olacaqsa, kim daha çox topla oynayacaqsa, oyuna nəzarət edə biləcəksə, qalib gələcək. ümid edirəm ki, sevinən tərəf biz olacağıq.

- "Qarabağ"ın APOEL-lə 2:2 etdiyi oyunu izlədinmi?
- Əlbəttə ki, oyuna baxdım. "Qarabağ"ın matçlarından əvvəl həmişə ordakı dostlarıma uğurlar arzulayıram. Dani Kintanaya, Mahir Emreliyə, Maksim Medvedevə oyunlardan qabaq uğur arzuladığımı bildirirəm. öz "İnstagram"ımdan da onlara  dəstək olmuşdum. Mən bu komandanın oyunçusu olmuşam və yaxşı xatirələrim  var. Mənim ürəyim genişdi və istənilən halda sevgimi göstərməyə çalışıram. "Qarabağ" həyatımın bir hissəsidi. İnsan öz həyatının bir hissəsini unuda bilməz. Futbol həyatımda bu komanda xüsusi yerə sahibdi. "Qarabağ"ın beynəlxalq arenadakı oyunlarını izləmişəm, dəstəkləmişəm, onların bir azarkeşiyəm. Televizorda imkan olmayanda, telefonda tapıb baxmışam. Düşünürəm ki, "Qarabağ" səfərdə APOEL-ə qalib gələcək. Bakıda daha yaxşı oynadıqlarını göstərə bildilər. Ağdam klubunun futbolçuları qladiator kimidilər, döyüşürlər.  Onlara və baş məşqçi Qurban Qurbanova uğurlar arzu edirəm. Həmişə Avropada uğur qazanmaları üçün onları dəstəkləyəcəm. futbolinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest