"Qəbələ" ilə çempionat oyununun təxirə salınması üçün PFL-ə müraciət erməklə bağlı qərar verməmişik". Bunu matç.az saytına açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunun "Vorskla" ilə Ukraynadakı oyunundan (1:0) sonra vətənə dönməkdə çətinliklə üzləşən Azərbaycan çempionu hələ də Poltavanı tərk etməyib. Bu üzdən komandanın iki gün sonra Topaz Premyer Liqasının "Qəbələ" ilə səfərdəki matçının təxirə salınacağı gözlənilir.

46 yaşlı mütəxəssis məsələylə bağlı PFL-ə müraciətə ehtiyac olub-olmadığını hələ müəyyənləşdirmədiklərini bildirib: "Bununla bağlı müraciət edib-etməməyimizi Bakıya qayıtdıqdan sonra müəyyənləşdirəcəyik. Düzdü, Qəbələdəki səfər matçına qədər vaxtımız azdı. Amma təqvimdə boş gün də yoxdu".

Qeyd edək ki, noyabrın 11-də keçirilməli olan "Qəbələ" – "Qarabağ" oyunu saat 17:30-da başlayacaq. Bu isə o deməkdi ki, Poltavadan Bakıya, paytaxtdan Qəbələyə getməli olan komandanın matça qədər təxminən 51 saat vaxtı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest