Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar - "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Maşinsazi" doğma meydanda "Naft MİS" ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb – 0:0.
 
Təbrizin daha məhşur "Traktor" klubu isə səfərdə "Sanat Naft"la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdə məğlubiyyətlə üzləşib – 1:2.
 
İlk məğlubiyyətini alan "Traktor" hazırda 17 xalla 16 kollektiv arasında 2-ci, "Maşinsazi" isə 8 xalla 11-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest