Futbol üzrə Moldova çempionatında 26-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Speranta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Nurlan bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Dinamo-Avto" 26 oyuna topladığı 35 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest