I divizionda VIII tura yekun vurulub. Matc.az saytının məlumatına görə, sonuncu oyun günündə daha 3 görüş keçirilib.

"Səbail-2" "Qaradağ Lökbatan"ı 5 cavabsız qolla məğlub edib. "Qarabağ"ın əvəzediciləri də son çempion MOİK-lə ev oyununda darmadağına sevinib. "Neftçi-2" isə səfərdə "Zirə"nin əvəzediciləri ilə oyundan qələbə ilə ayrılıb.

 

I divizion

VIII tur

25 oktyabr

"Qarabağ-2" – MOİK - 4:1

Qollar: Cavid Bayramov, 28; Famin Əliyev, 71; Musa Qurbanlı, 77, 83 – ümid Şükürlü, 33

"Zirə-2" – "Neftçi-2" - 0:1

Qol: Əmrah Bayramov, 34

"Səbail-2" – "Qaradağ Lökbatan" - 5:0

Qollar: Vidadi Cəfərov, 7, 50; Ramil Orucov, 53; Əli Sadıxov, 66, 90+1

 

Qeyd edək ki, "Turan Tovuz" bu turda istirahət edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest