"Real"ın hücumçusu Qaret Beyl klubla anlaşma əldə edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, futbolçunun zədəsi ilə bağlıdı.

Belə ki, AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşmada zədələnən Uels millisinin üzvünün zədəsi barədə məlumat verilmir. Məsələ burasındadı ki, Beyl özü zədəsi haqda açıqlama verilməsini kluba qadağan edib. Futbolçu zədə ucbatından La Liqanın IX turunda "Malyorka" və çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçı buraxıb.

Uels yığması isə gələn ay seçmə mərhələnin son oyunlarında Azərbaycan və Macarıstanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest