İngiltərənin "Nyukasl" klubu qapıçısı Martin Dubravka ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
30 yaşlı qolkiperlə yeni müqavilə 6 illikdi. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayına qədər idi.
 
Slovakiya yığmasının üzvü "Nyukasl"a 2018-ci ilin yanvar ayında Praqa "Sparta"sından gəlib. O, bu müddət ərzində sözügedən komandanın heyətində 59 oyun keçirib, 73 qol buraxıb, 18 qarşılaşmanı isə qol buraxmadan tamamlayıb.
 
Dubravka karyerası ərzində "Jilina", "Esbyerq" və "Slovan" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest