I divizionda IX turun oyunlarının təqvimi müəyyənləşib. Matc.az saytının məlumatına görə, qarşılaşmalar 31 oktyabr - 1 noyabr tarixində baş tutacaq.

Bu tur "Qaradağ Lökbatan" istirahət edəcək. Tovuz şəhər stadionunda təmir işləri getdiyi üçün təqvim üzrə nəzərdə tutulan "Turan Tovuz" – "Ağsu" matçı Ağsu şəhər stadionunda keçiriləcək. İkinci dövrədə bu komandalar arasındakı görüş "Turan Tovuz" – "Ağsu" oyunu kimi qeyd olunacaq.

 

I divizion

IX tur

31 oktyabr (cümə axşamı)

14:30. "Neftçi-2" – "Səbail-2"

Binə qəsəbə stadionu

14:30. "Kəpəz" – "Zirə-2"

Gəncə şəhər stadionu

14:30. MOİK – "Zaqatala"

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

1 noyabr (cümə)

14:30. "Keşlə-2" – "Qarabağ-2"

"AZAL Arena"

14:30. "Sumqayıt-2" – "Sabah-2"

"Kapital Bank Arena" (ehtiyat meydança)

14:30. "Ağsu" – "Turan Tovuz"

Ağsu şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest