Libertadores kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, "Flamenqo" ilə "Qremio" yarımfinalda üz-üzə gəlib.

İlk görüşdə 1:1 hesablı bərabərliyə imza atan Braziliya təmsilçilərinin cavab qarşılaşması "Marakana"da baş tutub. İlk hissənin sonlarında hesabı açan "Flamenqo" fasilədən sonra rəqib qapısından daha 4 cavabsız top keçirib - 5:0.

Bununla "Flamenqo" finalda "River Pleyt"ə rəqib olub. Argentina klubu yarımfinalda bu ölkənin digər təmsilçisi "Boka Xuniors"u üstələyib.

Final matçı noyabrın 24-də Buenos Ayresdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest