Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. Matc.az saytının məlumatına görə, Joze Alesio da Silvanın yetirmələrinin ikinci sınağı Monteneqroya qarşı olub.

Dünən Moldova üzərində 3:1 hesablı qələbə qazanan yığmamız Bakı İdman Sarayında növbəti qələbəsini rəsmiləşdirməyi hədəfləmişdi. Monteneqro isə ilk oyununda Slovakiyaya 0:5 hesabı ilə məğlub olmuşdu. Beş qolun qeydə alındığı matçda millimiz çətin qələbəyə sevinib.

Bu gün millimizin yer aldığı qrupda daha bir görüş baş tutub. Slovakiya yığması Moldova ilə oyunda 7:4 hesablı qələbəyə sevinib.

Dç-2020-nin əsas mərhələsi
24 oktyabr

Azərbaycan - Monteneqro 3:2
Qol: Bolinya, 04:09. R.çovdarov, 21:49. A.Şocaei, 33:33 - P.Peroşeviç, 07:15. A.Obradoviç, 09:22.
Hakimlər: İnqo Hemsot (Almaniya), Andrey çernı (çexiya), Migel Kastilyo (Portuqaliya)

Azərbaycan: 12. Rovşən Hüseynli, 3. Bolinya, 6. Eduardo, 10. Vassura, 13. Amir Şocaei.
Ehtiyat oyunçular: 1. Elnur Zamanov, 5. Vahid Şafiei, 7. Ramiz çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Nihad İsmayılov, 11 Xətai Bağırov, 14. Hadı Ahmadi, 17. İsa Atayev, 20. İsaq Soorqali.
Baş məşqçi: Joze Alessio Da Silva.

Monteneqro: 1. Despotoviç, 5. çoroviç, 10. Muqoşa, 11. Spayoşeviç, 16. Aleksandr Obradoviç.
Ehtiyat oyunçular: 12. Sekuliç, 20. Vuçetiç, 2. Popoviç, 3. Dubak, 4. Miniç, 7. İvan Muqoşa, 8. Nikola Vidakoviç, 9. Luka Vuletiç, 13. Petar Peroseviç.
Baş məşqçi: Sveto Lyesar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest