Futbol üzrə Albaniya çempionatında 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Tirana" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
 
Eltun bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan futbolçumuz bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.
 
"Biliş" 9 turdan sonra 16 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest