"Hər gün özümü daha yaxşı hiss edirəm. Zədə ucbatından üç ay müalicə aldım, formaya düşmək vacib idi. Komanda oyununa yaxşı uyğunlaşmışam, bu cür də davam etmək istəyirəm". Bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov deyib.

"Hər gün özümü daha yaxşı hiss edirəm. Zədə ucbatından üç ay müalicə aldım, formaya düşmək vacib idi. Komanda oyununa yaxşı uyğunlaşmışam, bu cür də davam etmək istəyirəm". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov deyib.

İspaniyada "Albasete"nin formasını geyinən 27 yaşlı orta sahə oyunçusu klubun rəsmi saytına müsahibə verib. O, millimizin heyətində bu ay Bəhreynlə yoldaşlıq (3:2) və Macarıstanla (0:1) keçirilən seçmə mərhələ görüşü barədə fikirlərini bildirib.

Eddi yaxşı çıxış etdiklərini düşünür: "Azərbaycan yığmasında oynadığım üçün xoşbəxtəm. Bu ay keçirdiyimiz oyunlar üçün səfərlər uzun olsa da, nəticələr yaxşı idi. çətin oyunlar keçirdik və mən də bu matçlarda iştirak etdim".

Qeyd edək ki, Eddi İsrafilovun "Albasete" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest