Almaniya çempionu "Bavariya" daha bir ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Lukas Hernandes sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı müdafiəçi "Bavariya"nın çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Olimpiakos"u məğlub etdiyi oyunda (3:2) zədələnib.
 
Hernandesin tam sağalma müddəti açıqlanmasa da, müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
Xatırladaq ki, bir neçə gün əvvəl "Bavariya"nın daha bir müdafiəçisi Niklas Süle zədə səbəbindən əməliyyat olunmuşdu. Onun 6 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest