17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək. Matc.az saytı xəbər verir ki, yığmamız saat 16:00-da başlayacaq oyunda Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunu idarə edəcək hakimlər də bəllidi. Qarşılaşmada latviyalı Yelena Yermolayeva ədalət təmsilçisi olacaq. Ona həmyerlisi Liqa Didrike və  ukraynalı Svitlana Qruşko kömək edəcək.

Dördüncü hakim funksiyasını Kateryna Usova (Ukrayna) yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest