Topaz Premyer Liqasının XI turunun "Qəbələ" – "Qarabağ" oyunu təxirə salına bilər. Matç.az saytı xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı PFL-ə müraciət edəcək.

Buna səbəb "Qarabağ"ın Avropa Liqasının "Vorskla" ilə Ukraynadakı qarşılaşmasından vaxtında qayıda bilməməsidi.

Belə ki, qrup mərhələsinin IV tur oyunundan sonra Bakıya dönüşü təxirə salınıb. Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu bu gün saat 12:00-da gerçəkləşəcək. Bu, hava şəraitinin uçuş üçün əlverişsiz olması göstərilib. 

Komandanın səfərdən planlaşdırılan vaxtda dönə bilməməsi isə növbəti matçın hazırlığına mane olub. Bu üzdən klub rəhbərliyi təxirə salınma ilə bağlı müraciəti vacib sayıb.

Qeyd edək ki, "Vorskla" ilə görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest