Karyerası ərzində 3 dəfə "Ordabasi"də çıxış etmiş və son klubu da məhz Çimkənd təmsilçisi olmuş keçmiş müdafiəçi sevimli komandasının Premyer Liqanın XXX turunda "Tobol" üzərində 2:1 hesablı qələbəsini dəyərləndirib.

"Ordabasi" "Tobol"u səfərdə məğlub edərək, onları təəccübləndirdi. Həmin görüşdə "Ordabasi" daha çox qələbəni arzuladı". Matc.az saytının məlumatına görə, bunu Qazaxıstan millisinin sabiq futbolçusu Karxadbek İrismetov deyib.

Karyerası ərzində 3 dəfə "Ordabasi"də çıxış etmiş və son klubu da məhz çimkənd təmsilçisi olmuş keçmiş müdafiəçi sevimli komandasının Premyer Liqanın XXX turunda "Tobol" üzərində 2:1 hesablı qələbəsini dəyərləndirib.

38 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında "Tobol"un qapısını qoruyan Azərbaycan millisinin qolkiperi Emil Balayevin çıxışına da münasibət bildirib: "Emil Balayev əvvəlki turlarda yaxşı oynayıb, komandasını çox xilas edib. Qapıçı işlərinə girmək istəmirəm, ancaq Balayev bu matçda "Tobol"a kömək edə bilərdi".

Qeyd edək ki, Qazaxıstan çempionatında "Tobol" 59 xalla 3-cü, "Ordabasi" isə 56 xalla 4-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest