İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Serxio Roberto zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İspaniya La Liqasının 9-cu turunun “Eybar”la oyununda zədələnən ispan yarımmüdafiəçi sol dizindən zədələnib. Roberto, “Eybar”la oyunun fasiləsində Nelson Semedo ilə əvəzlənib.
 
Robertonun sağalma müddəti hələ bilinmir.
 
“Barselona” səfərdə “Eybar”ı 3:0 hesabıyla darmadağın edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest