Futbol üzrə Fransa çempionatında 10-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub. 

“Bordo” evdə “Sent-Etyenn”ə minimal hesabla məğlub olub. “Monako” evdə “Renn” üzərində çətin qələbəyə sevinib. Marsel “Olimpik”i isə “Strasburq”u iki cavabsız qolla üstələyib.

Fransa Liqa 1
10-cu tur

18 oktyabr

Nitsa – PSJ 1:4
Qol: Qanaqo, 67 – Di Mariya, 15; 21. Mbappe, 88. İkardi, 90+1.

19 oktyabr

Olimpik (Lion) – Dijon 0:0

Anje – Brest 0:1
Qol: Kardona, 67.

Mets – Nant 1:0
Qol: Diallo, 86.

Nim – Amyen 1:1
Qol: Martines, 41 – Kalabresi, 90+5.

Reyms – Monpelye 1:0
Qol: Abdelhamid, 2.

Tuluza – Lill 2:1
Qol: Sanoqo, 58. Qradel, 66-pen – Fonte, 90+3.

20 oktyabr

Bordo – Sent-Etyenn 0:1
Qol: Bouanqa, 90+2-pen.

Monako – Renn 3:2
Qol: Ben Yedder, 3; 90+3. Slimani, 56 – Mauassa, 12. Hunu, 48.

Olimpik (Marsel) – Strasburq 2:0
Qol: Kamara, 3. Strotman, 90+4-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest