Futbol üzrə İspaniya La Liqasında 9-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun gününə 5 qarşılaşma təsadüf edib. 

“Alaves” “Selta”nı, “Real Sosyedad” “Betis”i məğlub yola salıb. “Espanyol” evdə “Vilyarreal”a uduzubsa, “Atletik” – “Valyadolid” qarşılaşmasında qalib müəyyənləşməyib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” isə “Levante”ni sınağa çəkib. Andalusiya təmsilçisi bu görüşdə minimal hesabla üstün olub.

İspaniya La Liqası
9-cu tur

18 oktyabr

Qranada – Osasuna 1:0
Qol: Duarte, 38.

19 oktyabr

Eybar – Barselona 0:3
Qol: Qrizmann, 13. Messi, 58. L.Suares, 66.

Atletiko – Valensiya 1:1
Qol: D.Kosta, 36-pen – Parexo, 82.

Xetafe – Leqanes 2:0
Qol: Anxel, 64; 84.

Malyorka – Real 1:0
Qol: L.Junior, 7.

20 oktyabr

Alaves – Selta 2:0
Qol: Maqallan, 50. L.Peres, 82.

Real Sosyedad – Betis 3:1
Qol: X.Qarsiya, 22-öz qapısına. Villian, 36. Portu, 58 – Loren, 12.

Espanyol – Vilyarreal 0:1
Qol: Ekambi, 17.

Atletik – Valyadolid 1:1
Qol: Uilyams, 33 – İ.Martines, 68-öz qapısına.

Sevilya – Levante 1:0
Qol: De Yonq, 86.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest