Futbol üzrə İran çempionatında 7-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda “Fulad”la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb – 2:3.
 
Təbrizin daha məşhur “Traktor” klubu isə bu tur səfərdə “Nassaji Mazandaran”la qarşılaşacaq.
 
“Traktor” hazırda 14 xalla 16 kollektiv arasında zirvəyə şəriklik edirsə, “Maşinsazi” 7 xalla 11-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest