Fransa çempionu PSJ Liqa 1-in 10-cu turunda "Nitsa" ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, Paris təmsilçisinin heyətində bir müddətdi zədədən əziyyət çəkən Kilian Mbappe və Edinson Kavani tam sağalıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki oyunçunun "Nitsa" ilə oyunda meydanda olacağı gözlənilir. 
 
Neymar və İdrissa Qeye isə zədə səbəbindən sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.
 
Bu gün keçiriləcək "Nitsa" – PSJ matçına saat 22:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest