İtaliyanın "Palermo" klubu fəaliyyətini dayandırıb. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Buna klubun çoxlu borcunun olması səbəb göstərilib.
 
"Palermo"nun keçmiş sahibi Mauritsionun oğlu Andrea Zamparini borcları ödəmək üçün 10 milyon avro təklif etsə də, bu məbləğ çox aşağı olub və İflas məhkəməsi klubun fəaliyyətini dayandırmasıyla bağlı qərar qəbul edib.
 
1900-cü ildə yaranan "Palermo", son mövsümdə İtaliya D Seriyasında mübarizə aparırdı. Komanda sonuncu dəfə 2016/17 mövsümündə İtaliya A Seriyasında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest