"çelsi"nin sabiq futbolçusu Eşli Koul yenidən Premyer Liqa təmsilçisinə qayıdıb. Matc.az xəbər verir ki, keçmiş müdafiəçi bu dəfə məşqçi kimi fəaliyyət göstərəcək.

Belə ki, Koul "zadəganlar"ın 15 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edəcək. Onun bir müddət sonra əsas komandada köməkçi-məşqçi kimi çalışması da istisna edilmir.

Qeyd edək ki, Eşli Koul 2006-2014-cü illərdə "çelsi"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest