"Yuventus"un kapitanı Corcio Kyellininin yaşıl meydanlara qayıdacağı tarix barədə məlumat verilib. Matc.az sayt xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu gələn ilin əvvəllərində məşqlərə başlayacaq.

Bunu mərkəz müdafiəçinin meneceri Davide Lippi deyib. O, müştərisinin yalnız mövsümün sonlarında oyunlarda iştirak edə biləcəyini vurğulayıb: "Bərpa prosesi yaxşı keçir. Corcio gözümə inamlı gəlir, öz üzərində çox çalışır. Təxminən yanvarın sonları və ya fevralda məşqlərə başlayacaq. Mövsümün sonuna qədər tam hazır olacaq".

Qeyd edək ki, Kyellini sağ dizindən zədələndiyi üçün əməliyyat olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest