Futbol üzrə Azərbaycan milli komandasının Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcəyi səfər oyununun stadionu dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda yox, Trnava şəhərindəki Anton Malatinski adına stadionda keçiriləcək.
 
Buna Paraqvayla yoldaşlıq görüşündən sonra Bratislavadsakı stadionun ot örtüyünün yararsız hala düşməsi səbəb göstərilir.
 
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest