17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, Farer adalarının Torshavn şəhərində təşkil olunan qrupun ilk matçında millimiz Sloveniya ilə üz-üzə gəlib.
 
Komandamız bu görüşdə böyük hesabla məğlub olub. Yığmamızın heyətində Milana Rəhimova 44-cü, Aysun Muradova isə 45+4-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Rəqib komanda isə qollardan birini penaltidən vurub, daha bir penaltini də boşa verib. 
 
Yığmamızın yer aldığı 5-ci qrupun digər oyununda bu gün meydan sahibi Farer adaları yığması Norveçlə üz-üzə gələcək.
 
Aç-nin seçmə mərhələsi
5-ci qrup
17 oktyabr
 
Azərbaycan – Sloveniya 0:6

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest