"Milan" ötən mövsümün maliyyə hesabatını açıqlayıb. Matc.az xəbər verir ki, A seriyası təmsilçisi ötən mövsüm rekord həddə – 145,9 milyon avro ziyan edib.

Bu, 2017-18 mövsümünə nisbətən 20 milyon avro çoxdu. "Milan"ın ötən mövsümdə ümumi dövriyyəsi cəmi 5,1 faiz artıb. Ancaq sponsor gəlirləri və oyunlara bilet satışı azalıb.

Qeyd edək ki, "Milan" bu mövsüm A seriyasında 9 xalla 20 komanda arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest