"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba Premyer Liqanın növbəti turunda "Liverpul"la oyunu buraxacaq. Matc.az xəbər verir ki, bu barədə məlumatı "qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşer verib.

O bildirib ki, fransalı futbolçu topuq nahiyəsindən zədəlidi. Həkim müayinəsindən sonra ulduz futbolçunun bir neçə həftə komandada ayrı qalacağı müəyyənləşib. 26 yaşlı oyunçu məhz zədə ucbatından "Arsenal"la görüşdən bəri komandasına kömək edə bilmir, həmçinin Fransa yığmasının son matçlarını da buraxmalı olub.

Qeyd edək ki, Pol Poqba bu mövsüm 6 oyunda iştirak edib, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest