Almaniyanın "Ayntraxt" klubu hücumçusu Nikolay Müllerlə yollarını ayırıb. Matc.az xəbər verir ki, 32 yaşlı forvard Avstraliyanın "Vestern Sidney Uonderers" klubuna transfer olunub.
 
Bu barədə Avstraliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Almaniya yığmasında 2 oyun keçirmiş Müller, "Qroyter Fyurt" klubunun yetirməsidi. O, karyerası ərzində "Zandhauzen", "Maynts", "Hamburq" və "Hannover" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest