"Qəbələ" ilə oyunun ilk hissəsində də yaxşı oynadıq. Lakin hücumları dəqiq zərbələrlə tamamlamaqda çətinlik çəkirdik". Matç.az saytı xəbər verir ki, bunu Almaniyanın "Herta" klubunun U-19 komandasının baş məşqçisi Mihael Hartmann deyib.

Vaxtilə futbolçu kimi Almaniya millisində çıxış etmiş mütəxəssis Gənclər Liqasının çempionlar yolunun II mərhələsinin "Qəbələ" ilə ilk oyunu barədə fikirlərini açıqlayıb. Almaniya çempionunun çalışdırıcısı 3:1 hesablı qələbədən razı qalsa da, daha böyük fərqlə qalib gəlmək imkanını qaçırdıqlarını qeyd edib: "Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Bu da öz bəhrəsini verdi. İstədiyimiz qolları vurduq. Lakin hesab daha böyük ola bilərdi. Yaratdığımız çoxsaylı qol imkanlarının hamısından istifadə edə bilmədik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest