Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov klubu "Albasete"yə qoşulub. Futbolçu dünəndən etibarən kollektivlə birlikdə məşqlərdə iştirak edir. 27 yaşlı orta sahə oyunçusu Sequndanın növbəti turuna hazırdı.

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov klubu "Albasete"yə qoşulub. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, futbolçu dünəndən etibarən kollektivlə birlikdə məşqlərdə iştirak edir.

AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla keçirilən oyundakı (0:1) iştirakına görə, "Albasete"nin "Ovyedo" ilə ev matçını (1:2) buraxan 27 yaşlı orta sahə oyunçusu Sequndanın növbəti turuna hazırdı. Onunla yanaşı, Albaniya yığmasının düşərgəsində olan Rey Manaj da kluba dönüb.

Həm İsrafilov, həm də Manajın komandaya zədəsiz qayıtması "Albasete"nin baş məşqçisi Luis Migel Ramisi sevindirir. O, həftəsonu "Fuenlabrada" ilə səfər qarşılaşmasında hər iki oyunçunun xidmətindən yararlanmağı planlaşdırır.

Qeyd edək ki, "Fuenlabrada" - "Albasete" oyunu oktyabrın 20-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest