21 yaşadək futbolçulardan ibarət İsveçrə millisinin baş məşqçisi Mauro Lustrinelli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, isveçrəli mütəxəssis 1:0 hesabıyla bitən görüşü belə şərh edib:
 
"Qələbə qazansaq da, asan olmadı. Azərbaycan millisi ürəklə oynayırdı. 3 oyuna 9 xal qazanmışıq, özümü çox xoşbəxt hiss edirəm. Slovakiya yığması burada məğlub olmuşdu, Gürcüstan Azərbaycan yığmasının üzvü qırmızı vərəqə aldıqdan sonra qələbə qazanmışdı. Bizə də çox çətin oldu. Bu gün bir az da bəxtimiz gətirdi. Son dəqiqələr gərgin keçdi. Bu təzyiqi üzərimizdən atmağa çalışdıq. Əslinə qalsa, ilk hissədə daha çox qol vura bilərdik. Amma oyun heç-heçə bitmiş olsaydı da, ədalətli olardı. Meydan çox yaxşı idi, bəyəndim. Yaxşı atmosfer var idi. Balaca olmasına baxmayaraq, yaxşı təəssüratlarım oldu. Son 2-3 il ərzində Azərbaycan millisi çox inkifaş edib. Komanda olaraq yaxşı oynadılar. Belə davam etsə, 2-3 il ərzində daha çox inkişaf edəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest