"Tuttosport" nəşri dünyanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy-2019" mükafatına namizədlərin adlarını açıqlayıb. Matc.az saytı xəbər verir ki, nəşr bu ada 20 iddiaçı müəyyənləşdirib.

Bunlar Matteys de Liqt ("Yuventus", Hollandiya), Alfonso Devis ("Bavariya", Kanada), Canluici Donnarumma ("Milan", İtaliya), Ansu Fati ("Barselona", İspaniya), Filip Foden ("Mançester Siti", İngiltərə), Matteo Qenduzi ("Arsenal", Fransa), Erlinq Xoland ("Zalsburq", Norveç), Kay Haverts ("Bayer", Almaniya), Joao Feliks ("Atletiko", Portuqaliya), Deyan Yoveliç ("Ayntraxt", Serbiya), Moyze Kin ("Everton", İtaliya), Li Kan İn ("Valensiya", Cənubi Koreya), Andrey Lunin ("Valyadolid", Ukrayna), Doniell Malen (PSV, Hollandiya), Meyson Maunt ("çelsi", İngiltərə), Rodriqo ("Real", Braziliya), Ceydon Sanço ("Borussiya" Dortmund, İngiltərə), Ferran Torres ("Valensiya", İspaniya), Vinisius Junior ("Real", Braziliya) və Nikolo Dzanolodu ("Roma", İtaliya).

Qeyd edək ki, "Golden Boy" yaşı 21-ə qədər olan ən yaxşı futbolçuya verilir. ötən il bu mükafatı həmin vaxtda "Ayaks"da çıxış edən Matteys De Liqt qazanıb. Qalibin adı dekabrın 16-da açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest