"Uelslə səfər oyununa böyük təzyiq altında başladıq. Düşünürəm ki, bunun fonunda ilk qolu bizim vurmağımız yerinə düşdü". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan dünya çempionatının gümüş mükafatçısı son oyunda Uelslə Kardiffdə qollu bərabərə qalıb - 1:1. Qarşılaşma ilə bağlı fikirlərini bildirən Rakitiç bunun önəmli olduğunu vurğulayıb.

"Barselona"nın ulduz futbolçusu, xüsusən də, Azərbaycanla matçdan sonra Macarıstan və Uelslə görüşlərdəki performansdan məmnunluq bildirib: "Azərbaycanla heç-heçədən sonra Macarıstan üzərində qələbənin vacibliyini dərk edirdik. Bunu da bacardıq. O ki qaldı Uelslə matça, rəqib ilk dəqiqələrdən oyuna qoşulmaqda çətinlik çəkdi. Biz də tam zamanında qol vurduq. Qələbə hesabını qoruya bilməsək də, sərfəli nəticə əldə etdik".

Qeyd edək ki, ilk 7 turda 14 xal toplayan Xorvatiya yığması qrupa başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest