"Mançester Yunayted"in yeni baş məşqçisinin adı müəyyənləşmək üzrədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" Massimiliano Alleqri ilə danışıqlar aparır.

Ole Qunnar Sulşerlə yollarını ayırmağı planlaşdıran "mankunianlar"ın Alleqri ilə ilkin danışığı uğurlu alınıb. İtaliyalı mütəxəssisin köməkçilərindən biri də artıq məlumdu. Bu, "Yuventus"da onun rəhbərliyi altında oynamış sabiq "Mançester Yunayted"li Patris Evradı.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest