Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirəcək. Matc.az xəbər verir ki, komandamız San Marino ilə qarşılaşacaq.

Qarşılaşmanın hakimlər briqadası məlum olub. Oyunu maltalı Alan Mario Sant idarə edəcək. Ona həmyerlisi Luke Portelli və çexiyalı Radim Dresler kömək edəcək. Dördüncü hakim funksiyasını Yan Petrik (çexiya) icra edəcək.

Qeyd edək ki, millimizin çexiyaya 0:4 hesabı ilə məğlub olduğu qarşılaşmanın da baş hakimi Alan Mario Sant olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest